Rusiya və Gürcüstan sərhədində üç mindən çox yük maşını qalıb

Dünya


Əlverişsiz hava şəraiti ilə əlaqədar Yuxarı Lars keçid məntəqəsində təxminən 3,4 min yük maşını Rusiya-Gürcüstan sərhədindən keçmək üçün gözləyir.

Bildirilir ki, “yaşıl zona”da 250 avtomobil var və onlar Yuxarı Larsdan 12 saata keçməlidirlər.

Bu gün Rusiya tərəfdən Gürcüstana ümumilikdə 3 380 yük maşınının daxil olacağı gözlənilir.

Qeyd edək ki, noyabrın 26-da axşam saatlarında qarın yağması və temperaturun aşağı olması səbəbindən Gürcüstan-Rusiya sərhədi istiqamətində ağır yük maşınları üçün avtomobillərin hərəkəti qadağan edilib. Aparılan təmizləmə işləri sayəsində artıq qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkətini bərpa etmək mümkün olub.

Mənbə: “Sputnik” Gürcüstan

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir