İsrail Müdafiə Qüvvələrinin nəzarət-buraxılış məntəqəsinə hücum edildi – FOTO

Dünya


İsrail Müdafiə Qüvvələrinin nəzarət-buraxılış məntəqəsinə hücum edilib.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi “Telegram” kanalında paylaşım edilib.

“Bir müddət əvvəl İsrail Müdafiə Qüvvələrinin (İDF) İordan çayı vadisindəki Bekaot moşavına (Moşav – “məskunlaşma”, İsraildə kənd yaşayış məntəqəsi növü – red.) bitişik ərazidə yerləşən nəzarət-buraxılış məntəqəsinə hücum edilib.

Hadisə yerinə gələn İDF əsgərləri hücum edən şəxsi vuraraq zərərsizləşdiriblər.

Hücum nəticəsində İsrail Müdafiə Qüvvələrinin iki əsgəri yüngül yaralanıb. Əsgərlər tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdiriliblər.

İsrail Müdafiə Qüvvələri tərəfindən ərazidə əlavə şübhəlilərin axtarışı davam edir”, – deyə paylaşımda qeyd edilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir