​Rusiyada iri bazar yanır – VİDEO

Dünya


Rostov-na-Donuda (Rusiya Federasiyası) ən böyük əşya bazarı “Temernik” yanır.

Yanğın sahəsi 3000 kvadratmetrdən çoxdur.

İlkin məlumata görə, yanğın ticarət pavilyonlarından birində başlayıb, sonra digərlərinə keçib. İnsidentə pirotexnika və ya elektrik naqilləri səbəb ola bilər.

Köşklərinin sahibləri mallarını xilas etməyə çalışırlar.

Yerli sakinlər bazarda “partlayış səsləri” eşitdiklərini bildiriblər.

Mənbə: Baza

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir