Real Madrid 2024-cü ildə Çempionlar Liqasının qalibi olmaq üçün əsas favorit olub.
Bu barədə nüfuzlu “Goal” portalı məlumat verib.
Avropanın əsas klub turnirinin 1/8 finalına vaxtından əvvəl vəsiqəni qazanan Karlo Ançelottinin rəhbərlik etdiyi komanda kubokun hazırkı sahibi olan, ikinci mövqe tutan İngiltərənin “Mançester Siti” klubunu qabaqlayaraq reytinq cədvəlində lider mövqe tutub.
Reytinqdə üçüncü yeri Londonun “Arsenal” komandası, dördüncü yeri isə “Bavariya” və “İnter Milan” tutur. İlk 10-luğa həmçinin “Borussiya Dortmund”, “Barselona”, “Atletiko Madrid”, “Real Sosyedad” və “RB Leipzig” də daxil olub.
Ötən mövsüm “Real” İspaniya çempionatını yalnız ikinci yeri tutmuşdu. Madridlilərin və qalib “Barselona” arasındakı fərq 10 xal olub. “Atletiko” ilk üçlüyü tamamlayıb. Madriddən olan iki komandanın arasında cəmi bir xal fərqi olub.
Bu mövsüm “Real” İspaniya çempionatında əlavə göstəricilərə görə “Jirona”nı qabaqlayaraq birinci yeri tutur.
Mənbə: gazeta.ru
www.102info.az