Məşhur türkiyəli aktyor Kenan İmirzalıoğlu sosial mediada gündəmə gələn həyat yoldaşı Sinem Kobalı aldatdığı iddialarına dair ilk dəfə açıqlama verib.
Kenan İmirzalıoğlu-Sinem Kobal cütlüyü Nişantaşıda görüntülənib və aktyor xəyanət xəbərlərinə aydınlıq gətirib.
“Bir dəli quyuya daş atır, biz o quyuya enməyəcəyik, dostlar! Naməlum bir şəxs tərəfindən sosial şəbəkələrdə ortaya atılan yalana biz əhəmiyyət vermədik, siz də vecinizə almamalısınız!” – deyə aktyor xəyanəti təkzib edib.
Qeyd edək ki, keçən həftələrdə sosial şəbəkə istifadəçilərindən biri Kenanın Sinemi aldatdığını iddia edib.
“Selena aldadıldı”, – deyə o, Sinem Kobalın illər əvvəl rol aldığı “Selena” serialındakı obrazına istinad edərək iddiasını dilə gətirib. Onun bu paylaşımından sonra bütün diqqətlər məşhur cütlüyə yönəlib.
Mənbə: Haber Global
www.102info.az