UEFA Millətlər Liqasının 2024/2025 mövsümü üçün iştirakçıların siyahısına Rusiya millisini daxil etməyib.
Bu barədə məlumatı UEFA-nın Mətbuat Xidməti yayıb.
Belə ki, Ukrayna ilə müharibəyə başladıqdan sonra FIFA və UEFA Rusiya yığmasını, o cümlədən bu ölkənin klublarını beynəlxalq yarışlardan uzaqlaşdırıb.
Əlavə edək ki, Rusiya millisi son Millətlər Liqasında da çıxış etməyib və bu səbəbdən B divizionundan C divizionuna düşüb.
Mənbə: Uefa.com
www.102info.az