İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) açıqlama yayaraq İsrail Hərbi Hava Qüvvələrinin Suriyanın paytaxtı Dəməşqə raket hücumu nəticəsində Suriyada olan iki müşavirinin öldürüldüyünü elan edib.
Bu barədə SEPAH-ın ictimaiyyətlə əlaqələr xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, həlak olan hərbçilər Suriyada İsrailə qarşı fəaliyyət göstəriblər.
Mənbə: IRNA
www.102info.az