Hindistanda HHQ-yə məxsus təyyarə qəzaya uğrayıb – VİDEO

Dünya


Hindistan Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Telanqana əyalətinin Medak rayonunda qəzaya uğrayıb.

Bu barədə Hindistan Hərbi Hava Qüvvələrinin “X” sosial şəbəkə hesabında məlumat yayılıb.

Bildirilir ki, faciə təlim zamanı baş verib, “Pilatus PC-7 Mk II” təyyarəsində olan hər iki zabit həlak olub.

“Dərin təəssüf hissi ilə Hərbi Hava Qüvvələri təyyarənin göyərtəsində olan hər iki pilotun ölümcül xəsarət aldığını təsdiqləyir. Mülki şəxslərə və əmlaka heç bir ziyan dəyməyib”, – deyə məlumatda bildirilir.

İstintaq komissiyası qəzanın səbəblərini araşdırır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir