Azərbaycanlı futbolçu Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi Türkiyənin “Adana Demirspor” klubu baş məşqçisi Patrik Klyuvertlə yollarını ayırıb.
“Trendyol” Super Liqa komandalarından olan “Adana Demirspor” mövsümün əvvəlində vəzifəyə təyin etdiyi baş məşqçi Patrik Klyuvertlə qarşılıqlı razılaşma əsasında əməkdaşlığa son qoyub.
Qeyd edək ki, “Demirspor” sonuncu dəfə öz meydanında qəbul etdiyi “Samsunspor”a 3:2 hesabı ilə məğlub olub.
Komanda dekabrın 8-də “Qalatasaray”ın qonağı olacaq.
Mənbə: Hürriyet
www.102info.az