Hindistanın cənubunda güclü yağışlar yağır, ölənlər var

Dünya


Hindistanın cənubunda yağan güclü yağışlar Çennay şəhərində daşqınlara səbəb olub.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, əlverişsiz hava şəraiti səbəbindən şəhərdə yeni tikilmiş divar uçub, dağıntılar altında qalan iki nəfər ölüb, bir nəfər ağır yaralanıb.

Qeyd edək ki, güclü küləklə müşayiət olunan leysan evlərin dağılmasına, elektrik xətlərinin qırılmasına səbəb olub. Şəhərin bir çox yolları və meydanları su altında qalıb. Xilasedicilər su basmış ərazilərdən onlarla insanı təxliyə etməli olublar.

Çennay şəhərində təyyarələrin uçuşu və qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir