Ankara və Doha arasında müdafiə, beynəlxalq əlaqələr, siyasi məsləhətləşmələr, iqtisadiyyat və investisiya sahələri də daxil olmaqla, 11 saziş və əməkdaşlıq memorandumu imzalanıb.
Bu barədə Qətərdə səfərdə olan Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın ofisi məlumat yayıb.
Ofisin məlumatına görə, Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə danışıqlar zamanı Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyəti müzakirə edib.
“Həmçinin Qəzza zolağına humanitar yardımın çatdırılması üçün atılan addımlar, bunun üçün lazımi dəstək və hüquqi səylər ətrafında fikir mübadiləsi aparılıb”, – Türkiyə liderinin ofisi bildirib.
Mənbə: Haber Global
www.102info.az