Dekabrın 14-15-də keçiriləcək sammitdə Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin liderləri Ukrayna və Moldova ilə birliyə qoşulmaq üçün danışıqlara başlamaq barədə qərar qəbul edəcəklər.
Bu barədə sammitin yekun bəyannamə layihəsinə istinadən məlumat yayılıb.
Sənəd layihəsində qeyd edilir ki, “Avropa Şurası Ukrayna və Moldova ilə üzvlüklə bağlı danışıqlara başlamaq qərarına gəlib”.
Bundan əlavə, Aİ liderləri Bosniya və Herseqovina lazımi şərtləri yerinə yetirdikdə, üzvlüklə bağlı danışıqlara başlamağa hazır olduqlarını bəyan edəcəklər. Bəyannamə layihəsində həmçinin bildirilir ki, Aİ Gürcüstana “lazımi şərtləri yerinə yetirdiyi vaxt” üzvlüyə namizəd statusu verməyə hazırdır.
Mənbə: TASS
www.102info.az