UEFA “Qarabağ”la oyunda baş verənlərə görə Sloveniya klubunun şikayətini rədd etdi

Dünya


UEFA Sloveniyanın “Olimpiya” klubunun “Qarabağ”a qarşı Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu ilə bağlı verdiyi apellyasiya şikayətini rədd edib.

Qitə futbol qurumunun rəsmi saytı xəbər verir ki, təşkilatın Nəzarət, Etika və İntizam Komitəsinin sentyabrın 28-də verdiyi qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, Lyublyanadakı qarşılaşmada “Olimpiya” meydana əşyaların atılmasına görə 22 625, komandanın düzgün olmayan davranışına görə isə 4 500 avro cərimələnib. Görüş Azərbaycan çempionunun 2:0 hesablı qələbəsi ilə başa çatmışdı. Bakıda rəqibi ilə 1:1 hesablı heç-heçə edən “köhlən atlar” turnirin qrup mərhələsinə yüksəlib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir