Keçmiş “Ultimate Fighting Championship”in (UFC) çempionu Konor Makqreqor İrlandiya prezidentliyinə namizədliyini irəli sürəcəyini bildirib.
Makqreqorun 35 yaşı var, o, iki dəfə UFC çempionluq kəmərinə sahib olub. Onun son döyüşü 2021-ci ilin iyulunda baş tutub.
Qeyd edək ki, seçkilər 2025-ci ildə keçiriləcək. Konor heç kimi özünə rəqib görmür. O, rəqiblərindən əsas üstünlüyünü gənc və fəal olmasında görür.
Mənbə: RİA novosti
www.102info.az