Pakistanın şimal-qərbindəki Pişəvər şəhərində törədilən partlayış nəticəsində üçü uşaq olmaqla azı altı nəfər yaralanıb.
Hadisə yerində ilkin araşdırma aparan hüquq-mühafizə orqanları hadisənin baş verdiyi yolun yaxınlığındakı sement blokunun altında dörd kiloqram partlayıcının gizlədildiyini müəyyən ediblər.
Zərərçəkənlərin hamısı xəstəxanaya yerləşdirilib, onların arasında 7-10 yaş arası uşaqlar da var, onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.
Partlayış nəticəsində qonşu binaların və bir neçə avtomobilin şüşələri sınıb.
Polis yaxınlıqdakı ərazilərdə əməliyyat-axtarış tədbirlərinə başlayıb.
Mənbə: Geo News
www.102info.az