“Xəzərdə əməkdaşlıq yüksək səviyyəyə çatıb və Xəzər Şurasının yaradılması onu daha da irəli apara bilər”.
“Report”un yerli bürosunun məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının Moskvada keçirilən iclasında deyib.
“Beştərəfli qarşılıqlı fəaliyyətin keyfiyyətinin yaxşılaşdırılması və onun beynəlxalq hüquqi əsaslarının gücləndirilməsi üçün əlavə səylər tələb olunur. Hesab edirik ki, Xəzər Şurasının yaradılması ilə fəaliyyətimizin səmərəliliyini artırmaq olar. Biz bu təşəbbüsün müzakirəsinə ümid edirik. Biz təbii ki, beynəlxalq gündəmdə bu və ya digər şəkildə Xəzər regionuna aid olan müəyyən məsələlərə də toxunacağıq. Ümumiyyətlə, əminəm ki, bugünkü görüş regionumuzun sülh, harmoniya, mehriban qonşuluq və səmərəli əməkdaşlıq zonası kimi mövqeyinin möhkəmlənməsinə töhfə verəcək”, – deyə S.Lavrov vurğulayıb.
www.102info.az