Böyük ehtimala, Ukrayna 2024-cü ildə ABŞ ilə əməkdaşlığın kredit formasına keçəcək.
Bu açıqlama ilə Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko çıxış edib.
“İndi bu, yəqin ki, Ukraynaya yardımın son maliyyə tranşı olacaq. 2024-cü ildə bizə pul verməyəcəklər. Çox güman ki, əməkdaşlığın kredit formasına keçəcəyik”, – deyə Aleksey Qonçarenko “Telegram” kanalında yazıb.
O vurğulayıb ki, Kiyevə mütləq kredit veriləcək, lakin təmənnasız maliyyə dəstəyi artıq gözlənilmir.
www.102info.az