Şri-Lankada fillər onlarla insanın ölümünə səbəb oldu

Dünya


2023-cü ilin ilk 11 ayı ərzində Şri-Lankada fillər 169 nəfərin ölümünə səbəb olub, bu da son illərdə rekord göstəricidir.

Bu barədə ölkənin Vəhşi Təbiətin Qorunması üzrə Departamenti məlumat verib.

Müvafiq şöbənin araşdırmasına görə, bu il 449 fil ölüb ki, bu da bütün zamanların ən yüksək göstəricisidir. Heyvanların əsasən elektrik cərəyanı, odlu silah, eləcə də filləri öldürmək üçün xüsusi olaraq kustar üsulla hazırlanmış “Hakka Patas” bombaları, həmçinin zəhərlənmə və qəzalar nəticəsində öldükləri qeyd edilir.

İyunun ortalarında dərc edilən araşdırmanın nəticələrinə görə, insanlar fillərin yaşayış sahəsinin təxminən 70%-ni zəbt ediblər. Əhali arasında ən çox ölüm halı ölkənin cənub-şərq bölgəsində müşahidə olunur.

Mənbə: iz.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir