Ukraynanın Prezident Ofisinin rəhbəri Andrey Yermak xəbərdarlıq edib ki, ABŞ-nin yeni hərbi yardımı olmasa, Kiyevin müharibəni uduzmaq riski var.
“Olduğumuz mövqeləri əldə saxlamaq və sadəcə sağ qalmaq bizim üçün çətin olacaq”, – deyə Andrey Yermak əlavə edib.
A.Yermakın bu bəyanatı Ağ Evin Ukraynaya əlavə yardım ayırmaq səylərinin fonunda baş verib.
Konqres hələ də Kiyevi hərbi cəhətdən maliyyələşdirməyə imkan verəcək kompromis sazişi bağlamağa yaxın deyil.
“Bizim pulumuz bitib, vaxtımız isə demək olar ki, tükənməkdədir”, – Demokratların və Respublikaçıların liderlərinə ünvanlandığı müraciətdə Ağ Evin İdarəetmə və Büdcə Departamentinin direktoru Şalanda Yanq qeyd edib.
O xəbərdarlıq edib ki, Konqres ilin sonuna qədər Ukraynaya əlavə hərbi yardımı təsdiq etməsə, bu, Kiyevin Kremlə qarşı mübarizədəki səylərinə zərbə vuracaq.
Mənbə: BBC
www.102info.az