Ərdoğan Yunanıstana səfər edəcək: 20 müqavilə imzalanacaq

Dünya


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 7-də Afinaya səfər edəcək.

Türkiyə liderinin səfər proqramına Yunanıstan Prezidenti Katerina Sakellaropoulou və baş nazir Kiriakos Mitsotakis ilə görüşlər daxildir. Sonra iki ölkənin Əməkdaşlıq Şurasının plenar iclası olacaq.

Tərəflərin miqrasiya məsələsi də daxil olmaqla ən azı 20 saziş imzalaması planlaşdırılır.

Qeyd edək ki, bu, son yetmiş ildə Yunanıstana Türkiyə tərəfindən dövlət başçısı səviyyəsində ikinci səfər olacaq (birinci səfəri də 2017-ci ildə Ərdoğan gerçəkləşdirib). Türkiyə lideri bütün fikir ayrılıqlarına baxmayaraq, iki ölkə arasında münasibətlərdə yeni səhifə açmaq arzusunda olduğunu bildirib.

Yunanıstan polisi artıq ictimai təhlükəsizlik baxımından Ərdoğanın səfəri günü hər hansı ictimai toplantıları qadağan edib. Bundan başqa, 3,5 mindən çox polis təhlükəsizliyin təmin edilməsi üçün cəlb olunacaq. Türkiyə liderinin kortejinin keçidi zamanı yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Beynəlxalq hava limanında təhlükəsizlik tədbirləri gücləndiriləcək. Vəziyyət helikopterlər və dronlardan istifadə etməklə havadan izlənəcək.

Mənbə: TRT Haber

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir