Ukrayna prezidenti G7-nin görüşündə iştirak edəcək

Dünya


Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 6-da G7-nin virtual görüşündə iştirak edəcək.

Bu barədə “Reuters” nəşri mənbələrə istinadən məlumat verib.

“Zelenski çərşənbə günü G7 liderlərinin virtual görüşündə iştirak edəcək”, – deyə nəşr yazıb.

Daha sonra bu barədə məlumatı Yaponiya hökumətinin baş katibi Hirokadzu Masuno da təsdiqləyib.

Həmçinin bildirilib ki, tədbir mətbuata qapalı keçiriləcək.

Bundan daha əvvəl məlum olub ki, ABŞ Prezidenti Co Bayden Ukraynaya yeni yardımla bağlı qeyri-müəyyənlik fonunda G7 liderləri ilə virtual görüş keçirəcək. Konqres administrasiyanın Ukrayna üçün 61 milyard dollarlıq tələbi ilə razılaşmayıb və ilin sonuna, əvvəllər ayrılmış vəsaitlər tükənənə qədər bunu etməyə bilər. Ağ Ev etiraf edib ki, ABŞ-nin dəstəyinin olmaması müttəfiqləri şübhəyə sala bilər.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir