“Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli platforması çərçivəsində Orta Dəhliz üzrə işlərimiz davam edir”.
“Report” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Aşqabadda keçirilən Türkiyə-Türkmənistan İş Forumunda çıxışı zamanı deyib.
“Bu məsələ ilə bağlı tərəfdaşlarımızla müzakirələr aparırıq. Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli platforması çərçivəsində işlər gedir. Həmçinin, Türk Dövlətləri Təşkilatı daxilində də əməkdaşlığımızı gücləndiririk”, – o bildirib.
www.102info.az