PKK terror təşkilatı Yaponiya İctimai Təhlükəsizlik Kəşfiyyat İdarəsinin (PSIA) terror təşkilatları siyahısına daxil edilib.
Bu barədə Yaponiyanın Ankaradakı səfirliyi açıqlayıb.
Səfirlikdən verilən açıqlamada qeyd edilib ki, PSIA-nın beynəlxalq terror təşkilatları siyahısının yer aldığı internet saytının bir neçə gün əvvəl yeniləndiyi və daha əvvəl siyahıya daxil edilməyən PKK-nın da siyahıya əlavə edildiyi bildirilib.
Açıqlamada Yaponiya hökumətinin PKK-nı 2002-ci ildən etibarən aktivləri dondurulmalı olan terror və bənzər təşkilatlar sırasına daxil etdiyi və PKK-nın həyata keçirdiyi terror aktlarını pislədiyi vurğulanıb.
“Yaponiya hökumətinin bu siyasətində heç bir dəyişiklik yoxdur”, – deyə Yaponiyanın Türkiyədəki səfirliyinin bəyanatında qeyd olunub.
Mənbə: Haber Global
www.102info.az