Baydendən Trampla bağlı təəccübləndirən açıqlama: “Əgər namizəd olmasaydı…”

Dünya


ABŞ-də 2024-cü ildə keçiriləcək prezident seçkisində ikinci müddət üçün yarışacaq prezident Co Bayden maraqlı açıqlaması ilə gündəmə gəlib.

Bayden bildirib ki, Donald Tramp olmasaydı, seçki ilə bağlı qərarı eyni olmaya bilərdi.

“Tramp namizəd olmasaydı, namizədliyimi irəli sürərdimmi, əmin deyiləm”, – deyə o qeyd edib.

“Onun qalib gəlməsinə icazə verə bilmərik”, – deyə 81 yaşlı Bayden Boston yaxınlığında Demokrat Partiyasından olan ianəçilərlə görüş zamanı bildirib.

“Tramp artıq gizlənmir belə. Bizə nə edəcəyimizi deyir. O gedir, mən də getməliyəm”, – deyə Bayden əlavə edib.

Tramp geri çəkiləcəyi təqdirdə nə edəcəyi ilə bağlı suala isə cavab verməyib, mövzudan yayınıb. “Yox, indi zamanı deyil”, – deyə o bildirib.

Seçki kampaniyasını davam etdirməkdə çətinlik çəkən Co Bayden uzun müddətdir Donald Trampı yenidən məğlub etmək üçün ən yaxşı mövqedə olduğunu iddia edir.

Populyar olmamasına baxmayaraq, böyük bir sürpriz və ya onu geri çəkilməyə məcbur edən ciddi sağlamlıq problem olmazsa, 2024-cü ilin noyabrında keçiriləcək seçkidə Baydenin partiyasının namizədliyi, demək olar ki, dəqiqdir.   

Donald Tramp isə hazırda Respublikaçılar Partiyasının ilkin seçimlərində aşkar favoritdir.

Mənbə: Haber Global

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir