Bu gün səhər saatlarında Xəzər dənizinin Azərbaycan sektorunda baş verən 5,6 maqnitudalı zəlzələ Qazaxıstanın Aktau şəhərində də hiss olunub.
Məlumatı Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Seysmoloji Təcrübə-Metodik Ekspedisiyası seysmik stansiyalar şəbəkəsi yayıb.
Qeyd olunur ki, Qazaxıstan Aktau şəhərində Rixter cədvəli üzrə 3 bal gücündə zəlzələ qeydə alınıb.
“Zəlzələnin episentri Almatıdan 2 289 kilometr aralıda, Azərbaycan ərazisində, Xəzər dənizində, 35 metr dərinlikdə yerləşib”, – məlumatda bildirilir.
Mənbə: Tengrinews
www.102info.az