İordan çayının qərb sahilində yerləşən Ramallah şəhərində İsrail əsgərləri ilə fələstinli gənclər arasında toqquşma baş verib.
İsrail ordusu gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Digər təfərrüat barədə xəbər yoxdur.
Məlumata görə, gecə ərzində İsrail hərbçiləri Qəzza zolağının müxtəlif ərazilərində bir neçə reyd keçirib. Nəticədə bir nəfər həlak olub, bir neçə nəfər yaralanıb, onlarla insan həbs edilib.
Ən böyük reyd İsrail ordusunun ən azı 30 zirehli maşının yerləşdirdiyi və “Nur-Şəms” qaçqın düşərgəsinə bütün girişləri bağladığı Tulkərm şəhərində həyata keçirilib.
Mənbə: TASS
www.102info.az