Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstana gedib

Dünya


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın paytaxtı Afinaya səfər edib.

Onu bu səfərdə xarici işlər naziri Hakan Fidan, xəzinə və maliyyə naziri Mehmet Şimşek, daxili işlər naziri Ali Yerlikaya, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, milli təhsil naziri Yusuf Tekin, milli müdafiə naziri Yaşar Güler, ticarət naziri Ömer Bolat, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun, Prezidentin Baş müşaviri, səfir Akif Çağatay Kılıç müşayiət edirlər.

Türkiyə liderinin səfər proqramına Yunanıstan Prezidenti Katerina Sakellaropoulou və Baş nazir Kiriakos Mitsotakis ilə görüşlər daxildir. Sonra iki ölkənin Əməkdaşlıq Şurasının plenar iclası olacaq.

Bundan əvvəl xəbər verilmişdi ki, tərəflərin miqrasiya məsələsi də daxil olmaqla ən azı 20 saziş imzalaması planlaşdırılır.

Mənbə: “Anadolu” Agentliyi

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir