Vanuatuda güclü zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat verib.
Bildirilir ki, Sakit okeanda ada dövlətində yeraltı təkanlar 6,9 bal gücündə olub. Zəlzələ ocağı yerin 32 km dərinliyində yerləşib.
Zəlzələdən sonra EMSC sistemi vasitəsilə sunami xəbərdarlığı edilib.
www.102info.az