ABŞ İrana “hərbi siqnal” göndərə bilər

Dünya


Hazırkı Amerika administrasiyası İrana strateji düşmən kimi baxır və Tehranın addımlarına qarşı çıxmaq üçün ona “hərbi siqnal” göndərmək imkanlarını araşdırır. Bunu ABŞ prezidenti Co Bayden tərəfindən dövlət katibinin birinci müavini vəzifəsinə namizədliyi irəli sürülən Kurt Kempbell deyib.

“Biz indi elə bir vəziyyətdəyik ki, İran bizim maraqlarımıza zidd gedir və biz daha da ayıq olmalıyıq. Biz təxribatlara cavab veriləcəyinə və ciddi şəkildə cavablandırılacağına dair hərbi siqnal göndərməliyik. Biz onları beynəlxalq miqyasda diplomatik olaraq təcrid etməliyik”, – Kempbell ABŞ Senatının Xarici Əlaqələr Komitəsində onun namizədliyinə baxılması üçün dinləmələr zamanı deyib.

Ən son Ağ Evin Milli Təhlükəsizlik Şurasında Hind və Sakit Okean məsələləri üzrə koordinator vəzifəsində çalışmış Kempbell, “Mən hər səviyyədə İranın bizim strateji düşmənimiz olduğunu düşünürəm”, – deyə əlavə edib.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir