İsrailin baş naziri Benyamin Netanyahu İsrail ordusunun Şimal Komandanlığının qərargahına baş çəkərək, “Hizbullah” təşkilatı tərəfindən Livanla sərhəddə gərginliyin artmasının Beyrut və Livanın cənubunun Qəzza zolağının taleyini təkrarlamasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Bu barədə Netanyahu öz “X” sosial şəbəkə hesabında (keçmiş “Twitter”) yazıb.
“Şimal Komandanlığında: “Hizbullah” səhv etsə, Beyrut və Cənubi Livanı Qəzzaya və Xan Yunisə dönəcək”, – deyə o, yazıb.
בפיקוד הצפון: אם חיזבאללה יעשה טעות הוא יהפוך את ביירות ודרום לבנון לעזה ולח’אן יונס. pic.twitter.com/mHBl3ci2Qc
— Benjamin Netanyahu – בנימין נתניהו (@netanyahu) December 7, 2023
Mənbə: TASS
www.102info.az