“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen Fransada belindən əməliyyat olunub.
Məlumata görə, bu, mürəkkəb əməliyyat olmadığı üçün ter Stegen “Barselona”ya qayıdıb, reabilitasiyasına başlayacaq. O, iki-üç ay ərzində meydana qayıda biləcək, “Barsa” isə qapıçının Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununa hazır olmasını gözləyir.
Qeyd edək ki, ağrı səbəbindən qapıçı “Barselona”nın son üç matçını buraxıb. 2023/24 mövsümünün Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi dekabrın 18-də Nyonda keçiriləcək. İlk oyunlar fevral ayına nəzərdə tutulub.
Mənbə: sport-express.ru
www.102info.az