Quş qripi səbəbi ilə Antarktidada yüzlərlə dəniz fili və digər heyvanlar tələf olub.
Bu barədə Antarktika Vəhşi Təbiət Sağlamlığı Şəbəkəsindən bildirilib.
Məlumata görə, Antarktika bölgəsinin səkkiz fərqli yerində quş qripindən heyvanların ölüm halları təsdiqlənib və kütləvi heyvan ölümünün baş verdiyi daha 20 ərazidə nəticələr gözlənilir.
Antarktikanın materik hissəsində hələlik heç bir hadisə qeydə alınmayıb, lakin elm adamları quşların miqrasiyası səbəbindən xəstəliyin yaxın aylarda əraziyə keçə biləcəyini düşünürlər.
Xatırladaq ki, ÜST epidemiya mərkəzi quş qripinin artıq Antraktidaya da çatmasını “heyvanlar aləmində baş verən pandemiya” adlandırıb. Hazırda insanlar üçün yalnız kiçik bir təhlükə var, lakin köçəri quşlar quş qripinin inkişafına və yayılmasına kömək edir – bu, hər şeyi dəyişə bilər. Təşkilatdan bildirilib ki, məməlilərdə yoluxmaların sayının artması insanlar üçün riskləri artırır. Belə ki, bu ilin aprel ayında tarixdə ilk dəfə quş qripi ştammından insan ölümü qeydə alınıb.
Mənbə: RİA Novosti
www.102info.az