Avropa İttifaqı HƏMAS-ın iki nümayəndəsinə qarşı sanksiya tətbiq etdi

Dünya


Avropa İttifaqı (Aİ) Fələstinin HƏMAS radikal hərəkatı hərbi komandanlığının iki nümayəndəsinə qarşı sanksiya tətbiq edib.

Bu barədə Avropa İttifaqının saytında məlumat dərc olunub.

“Şura iki şəxsi Aİ-nin terrorçu siyahısına daxil etmək qərarına gəlib. Bu qərar Avropa İttifaqının HƏMAS-ın yaratdığı təhlükəyə, həmçinin 2023-cü il oktyabrın 7-də İsraildə ayrı-seçkilik etmədən törətdiyi qəddar terror aktlarına cavabının bir hissəsidir”, – deyə məlumatda bildirilib.

Sanksiyalar siyahısına HƏMAS-ın hərbi qanadının generalı Mohammed Deyf və HƏMAS-ın hərbi qanadının komandir müavini Marvan İsa daxil edilib.

Mənbə: Gazeta.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir