İspaniya La Liqasının XVI turu çərçivəsində “Atletiko Madrid” və “Almeriya” komandalarının qarşılaşması baş tutub. Komandalar Madriddəki “Civitas Metropolitano” stadionunda qarşılaşıblar.
“Atletiko” “Almeriya”nı 2:1 hesabı ilə məğlub edib.
17-ci dəqiqədə Alvaro Morata matçda hesabı açaraq, “Atletiko”nu önə çıxarıb. Artıq 22-ci dəqiqədə Anxel Korrea matçda “matrasçılar”ın üstünlüyünü ikiqat artırıb. 62-ci dəqiqədə Leo Baptistao fərqlənərək görüşün yekun hesabını təyin edib. Oyun 2:1 hesabı ilə “Atletiko”nun qələbəsi ilə başa çatıb.
Bu matçın nəticəsindən sonra 15 matçdan 34 xal toplayan “Atletiko” “Barselona”nı geridə qoyaraq turnir cədvəlində üçüncü pilləyə yüksəlib. “Almeriya” isə 4 xal toplayıb və sonuncu – 20-ci yerdədir.
Mənbə: championat.com
www.102info.az