Yapon beysbolçusu Söhey Otani “Los Angeles Dodgers” klubu ilə 700 milyon dollarlıq (1,19 milyard manat – red.) on illik müqavilə imzalayıb ki, bu da idman tarixində rekord məbləğdir.
Bu barədə Baş Beysbol Liqasının (MLB) saytında məlumat verilib.
Qeyd edək ki, 29 yaşlı Otani əvvəllər “Los Angeles Angels”da çıxış edib. 2023-cü ildə Otani Yaponiyada ən dəyərli oyunçu seçilib.
Mənbə: interfax.ru
www.102info.az