Avrasiya İqtisadi Birliyinə (AİB) daxil olan ölkələr dekabrda İranla azad ticarət zonası üzrə saziş imzalayacaq.
Bu barədə Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib.
Onun sözlərinə görə, bundan əlavə, Moskva və Tehran dövlətlərarası saziş bağlamaq üzrədir.
“Yaxın vaxtlarda bir sıra mühüm sənədlər imzalanacaq. Dekabrda İran və Avrasiya İqtisadi Birliyi arasında azad ticarət zonası haqqında saziş əldə ediləcək. Həmçinin biz yaxın zamanda əsas sənədə nail olacağıq ki, bu da dövlətlərarası sazişdir”, – deyə Novak “Rossiya 1” telekanalına müsahibəsində qeyd edib.
Mənbə: Erməni KİV
www.102info.az