Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Ankara və Afinanın qarşılıqlı münasibətlər çərçivəsində birgə hərbi təlimlər keçirəcəklərini açıqlayıb.
O, bu barədə Türkiyə telekanallarından birinə verdiyi müsahibəsində deyib.
Yaşar Gülər Yunanıstan müdafiə naziri Nikos Dendiasın Türkiyəyə səfər edəcəyini də açıqlayıb.
“Səfərin gələn ilin fevral-mart ayında gerçəkləşdirilməsi planlaşdırılır”, – deyə Türkiyənin milli müdafiə naziri qeyd edib.
Mənbə: Ntv.com.tr
www.102info.az