İran və Rusiyanın xarici işlər nazirləri Hüseyn Əmir-Abdullahian və Sergey Lavrov Qəzza zolağındakı vəziyyəti telefonla müzakirə ediblər.
Bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Nazirlər telefon danışığında ikitərəfli münasibətlərlə yanaşı regional vəziyyətin gündəliyinə dair bəzi məsələlərə, o cümlədən Qəzza zolağında gedən müharibədəki son hadisələrə toxunublar”, – deyə məlumatda bildirilir.
Mənbə: rt.com
www.102info.az