Argentinanın yeni prezidenti Xavyer Mileyin korteji andiçmə günü Konqres binasından hökumət sarayına gedərkən naməlum şəxs onun üstünə şüşə atıb.
Hadisənin görüntüləri yerli mediada yayılıb.
Videogörüntülərdən görünür ki, şüşə Mileyin başına yaxınlaşaraq təhlükəsizlik əməkdaşlarından birinə dəyib. Fotoşəkillərdə onun qulağının dibində qan görünür.
Polis şüşəni atan şəxsi axtarır.
Xatırladaq ki, H.Miley dekabrın 10-da prezident vəzifəsinin icrasına başlayıb. O, and içdiyi Konqresdən Casa Rosada sarayına qədər olan 2 kilometr məsafənin bir hissəsini piyada, qalan hissəsini isə üstü açıq avtomobillə gedib. Dövlət başçısını prezident aparatının baş katibi vəzifəsinə təyin edilmiş bacısı Karina Miley müşayiət edib.
Mənbə: TASS
www.102info.az