Bakıda “Qarabağ” və İsveçin “Hakken” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun hakim təyinatları bəlli olub.
AFFA-nın rəsmi saytı xəbər verir ki, qarşılaşma Albaniyadan olan hakimlər briqadasına tapşırılıb.
FIFA referisi Yucin Cayaya Doyando Miftari və Rejdi Avdo kömək edəcəklər. Dördüncü hakim funksiyasını Olsion Yzeyraj yerinə yetirəcək. VAR-da italiyalı Luka Payretto və Valerio Marini yer alacaq. Maltalı Alan Mario Sant hakim-inspektor olacaq.
Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hakken” görüşü saat 21:45-də başlayacaq. Hazırda Azərbaycan çempionu 7 xalla H qrupunda 2-ci pillədə qərarlaşıb. “Hakken”in isə hesabında xal yoxdur.
www.102info.az