“Türkiyə ümummilli lider Heydər Əliyevin əziz xatirəsini və dövlətlər arasında qardaşlığı “Bir millət, iki dövlət” şüarı ilə əbədi yaşadacaq”.
Oxu.Az-ın məlumatına görə, bunu Türkiyənin keçmiş xarici işlər naziri, Türkiyənin NATO Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri, Türkiyə Böyük Millət Məclisinin deputatı Mövlud Çavuşoğlu özünün “X” hesabında yazıb.
“Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümündə onu ehtiram və rəhmətlə yad edirik”, – deyə o əlavə edib.
Vefatının 20. yıldönümünde Umummilli Lideri Haydar Aliyev’i saygı ve rahmetle anıyoruz.
“Tek Millet, İki Devlet” şiarıyla aziz hatırasını ve kardeşliğimizi ilelebet yaşatacağız. 🇹🇷🇦🇿 pic.twitter.com/iFMJ8eb0gF
— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) December 12, 2023
www.102info.az