İstanbulda insan alveri ilə məşğul olan terrorçular saxlanıldılar – FOTO

Dünya


İstanbulda PKK/KCK silahlı terror təşkilatına qarşı əməliyyat keçirilib.

Araşdırmalar çərçivəsində terror təşkilatında fəaliyyət göstərən və təşkilat üçün insan alveri ilə məşğul olan 7 şübhəli müəyyən edilib.

İstanbul Təhlükəsizlik İdarəsi Terrorla Mübarizə Şöbəsi və Kəşfiyyat İdarəsi tərəfindən həyata keçirilən əməliyyat zamanı 5 nəfər saxlanılıb.

Basqın edilən evlərdə aparılan axtarışlarda şübhəlilərə aid rəqəmsal materiallar müsadirə edilib.

Mənbə: Haber Global

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir