Rusiyanın paytaxtı Moskvada uşaq alveri ilə bağlı cinayət sxeminin üstü açılıb.
Bu barədə Rusiya İstintaq Komitəsinin Moskva idarəsi məlumat yayıb.
“Sxem əksəriyyəti ögey uşaq olan 19 uşaq anası Loginovanın işi üzrə aparılan istintaq zamanı aşkar edilib”, – deyə məlumatda bildirilir.
Qeyd olunur ki, cinayət sxemi uşaqdan qurtulmaq istəyən qadınlarla işləyən və onlayn rejimdə öz xidmətləri üçün ünvanlı reklamlar yerləşdirən müəyyən xeyriyyə fondlarının fəaliyyəti üzərində qurulub.
Verilən məlumata görə, “fondların” işçiləri hamilə qadınları Moskvaya dəvət edib və onlara müxtəlif müayinələr vəd ediblər.
Onların köməyi ilə qadınlar hamilələyin axır aylarında abort etməyə imkan verən müxtəlif patologiyalar haqqında tibbi hesabat ala biliblər.
Zərərçəkənlər bütün pullarını bu xidmətlərə xərcləyərək özləri dolanışıqsız qalıblar.
İstisna edilmir ki, bu anda fondun əməkdaşları qadınları qadın sığınacağına rəhbərlik edən Natalya Patokanın fəaliyyəti ilə tanış edib.
Orada Patoka onlarla psixoloji işlər aparıb, övladlarını dünyaya gətirməyə inandırıb, bundan sonra Yuliya Loginova ilə birlikdə uşaq evində qalan uşaqları götürüb.
Hüquq-mühafizə orqanları ən azı 13 uşağın Yuliya və Natalya tərəfindən bu sxem əsasında “əldə edildiyini” hesab edirlər.
Mənbə: russian.rt.com
www.102info.az