Nigerdə qalan fransız qoşunları dekabrın 22-dək ölkəni tərk edəcək.
Bu barədə Niger hərbi idarəsi məlumat yayıb.
“Dekabrın 22-dək bütün fransız əsgərləri, eləcə də onların texnikası, nəhayət, Nigeri tərk edəcək”, – deyə Niger ordusunun verdiyi xəbərdə deyilir.
Məlumata görə, Fransanın 1 346 hərbi qulluqçusu və texnikanın 80%-i artıq ölkəni tərk edib. Hazırda Nigerdə Fransa kontingentinin 157 üzvü qalır ki, onlardan 75-i texniki heyətdir.
Mənbə: TASS
www.102info.az