İsrailin BMT-dəki səfiri HƏMAS liderinin telefon nömrəsini açıqlayıb – VİDEO

Dünya


İsrailin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) səfiri Gilad Erdan təşkilatın iclasında nümayişkaranə şəkildə HƏMAS radikal hərəkatının mərkəzi ofisinin telefon nömrəsi olan plakat qaldırıb.

Bunu əks etdirən videonu səfir öz “X” sosial şəbəkə hesabında paylaşıb.

Qeyd edək ki, BMT-nin Baş Assambleyası dekabrın 12-də Misir və Mavritaniyanın Qəzza zolağında dərhal atəşkəs tələb edən qətnaməsinə səs verib.

BMT-nin Baş Assambleyasında Qəzzada atəşkəslə bağlı qətnamənin lehinə 153 ölkə, əleyhinə 10 ölkə səs verib, 23 ölkə isə bitərəf qalıb. Qətnaməyə ABŞ, İsrail, Çexiya, Avstriya, Qvatemala, Liberiya, Mikroneziya, Nauru, Paraqvay və Papua-Yeni Qvineya qarşı çıxıb.

“Atəşkəs üçün bu nömrəyə zəng edin: +970599373765. Yəhya Sinvardan soruşun”, – deyə üzərində HƏMAS lideri Yəhya Sinvarın şəkli əks olunan plakatda yazılıb.

Bundan sonra İsrail səfiri bildirib ki, HƏMAS-ın tərki-silah olmaq qərarı tam atəşkəsə gətirib çıxara bilər.

Mənbə: gazeta.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir