ABŞ Senatı rekord miqdarda müdafiə büdcəsi layihəsini təsdiqlədi

Dünya


ABŞ Senatı ölkənin 2024-cü maliyyə ili üçün müdafiə büdcəsi layihəsini dəstəkləyib. Layihənin dəyəri rekord həddə – 886,3 milyard dollardır.

Səsvermə ABŞ qanunverici orqanının rəsmi saytında yayımlanıb.

Layihənin lehinə 62, əleyhinə 10 senator səs verib.

3 000 səhifəlik sənəd Senat tərəfindən təsdiqləndikdən sonra Nümayəndələr Palatasına baxılmaq üçün göndəriləcək.

ABŞ qanunverici orqanının hər iki palatasının müvafiq komitələri tərəfindən razılaşdırılan müdafiə büdcəsi layihəsində Ukraynaya hərbi yardım üçün 300 milyon dollar nəzərdə tutulub. Qanunvericilər, həmçinin, zərurət yaranarsa, 2025-ci maliyyə ilində də eyni ehtiyaclar üçün 300 milyon dollar ayırmaq niyyətindədirlər.

Sənədə əsasən, müdafiə büdcəsi ötən maliyyə ilindən 3% çoxdur.

Hər iki palata tərəfindən təsdiqləndikdən sonra müdafiə büdcəsinin yekun layihəsi imza üçün ABŞ Prezidenti Co Baydenə göndəriləcək. Razılaşdırılmış müdafiə büdcəsi layihələri, adətən, qısa müddətdə Konqres tərəfindən təsdiqlənir.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir