“BMT Baş Assambleyasında Qəzzada atəşkəslə bağlı son səsvermədə 153 ölkə Qəzzada atəşkəsi dəstəkləyib”.
Oxu.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan dekabrın 14-də Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, münaqişənin əvvəlində bitərəf qalan bir çox ölkə də sonradan fikrini dəyişərək Fələstinin yanında yer alıb:
“ABŞ-nin isə artıq BMT-də Qəzza ilə bağlı qərarların qarşısında yer almamağını istəyirik. Fələstinlilərə qarşı zülm sona çatmalıdır”.
Aysel Aslan
www.102info.az