Ermənistan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində, Arazdəyən qəsəbəsində inşası dayandırılan “Erməni-Amerikan” metallurgiya zavodunun yeri dəyişdirilir.
Ermənistan mediasının məlumatına görə, hökumət bununla bağlı qərar verib.
Bildirilir ki, zavod Vedibasar (Ararat) rayonunda Dəvəli kəndinə köçürüləcək.
Xatırladaq ki, Azərbaycan tərəfi metallurgiya istehsalının əhaliyə və ətraf mühitə zərər yetirəcək təhlükəli emissiyalara səbəb ola biləcəyini dəfələrlə bəyan edib.
www.102info.az