Ermənistan və Yunanıstanın müdafiə nazirləri hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıblar.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
“İki ölkənin müdafiə nazirləri Suren Papikyan və Nikos Dendiasın görüşündə Ermənistan-Yunanıstan müdafiə əməkdaşlığı məsələləri müzakirə edilib. Qarşılıqlı əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğu qeyd edilib, bu əməkdaşlığın yenilənmiş formatda, o cümlədən hərbi-texniki istiqamət, təcrübə mübadiləsi, təhsil, təlim-tədris, taktiki hazırlıq və digər sahələrdə inkişaf etdirilməsi barədə razılıq əldə olunub”, – deyə məlumatda bildirilib.
Müqavilənin imzalanması barədə Yunanıstan naziri Nikos Dendias da “X” sosial şəbəkəsində yazıb. Onun sözlərinə görə, bu sahədə İrəvanla qarşılıqlı fəaliyyət Yunanıstan hökuməti üçün prioritetdir.
Signed a Cooperation Agreement during our meeting with the Minister of Defence of Armenia @papikyan_suren in the Military-Technical field. A field which is a top priority for the Hellenic Government. pic.twitter.com/8wJ0qOX7KM
— Nikos Dendias (@NikosDendias) December 14, 2023
www.102info.az