Milli Basketbol Assosiasiyasının (NBA) müntəzəm çempionat oyunundan sonra “Miluoki Baks” və “İndiana Peysers” komandalarının oyunçuları dava salıblar.
“İndiana”nın basketbolçuları topu soyunub-geyinmə otağına aparıblar və onu NBA-da ilk xalını qazanan yeniyetmə Oskar Çibveyə təqdim etmək istəyiblər. Eyni zamanda matçda effektivlik rekordu qıran “Miluoki”nin yunan basketbolçusu Yannis Adetokunbo da topu özünə götürmək istəyib.
Bu barədə “İndiana”nın baş məşqçisi Rik Karlayl məlumat verib.
O bildirib ki, bu səbəbdən oyunçular arasında dava düşüb və davada komandanın baş meneceri Çad Byükenen xəsarət alıb.
Rik Karlayl əlavə edib ki, nəticədə həm Çibve, həm də Adetokunbo topu əldə ediblər. Lakin yunan oyunçu aldığı topun həqiqi oyun topu olduğuna şübhə edib.
Görüş 140:126 hesabı ilə “Miluoki”nin xeyrinə başa çatıb. Yannis Adetokunbo 64 xal toplayaraq özünün və klubun effektivlik rekordlarını yeniləyib.
Mənbə: “New York Post”
www.102info.az